...

Əfqanıstanın Mədəniyyət Nazirliyində baş vermiş partlayış zamanı üç nəfər ölüb, beşi isə yaralanıb

Siyasət Materials 30 Oktyabr 2008 11:51 (UTC +04:00)
Əfqanıstanın Mədəniyyət Nazirliyində baş vermiş partlayış zamanı üç nəfər ölüb, beşi isə yaralanıb

Əfqanıstan, Kabil, 30 oktyabr/ Trend , müxbir A.Hakimi/ Hazırda Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyində baş verən partlayış zamanı beş nəfərin yaralandığı, üç nəfərin isə öldüyü bildirilir. Bu barədə Trend -un müxbirinə Kabil Polisinin rəis müavini Əlişah Əhmədi bildirib.

Onun sözlərinə görə, bu rəqəm hələ dəqiq deyil.

Trend -un Əfqanıstanqdakı müxbirinin verdiyi xəbərə görə, partlayışda iştirakda şübhəli bilinən şəxs saxlanılıb.

Partlayış nəticəsində nazirliyin binasının yarısı dağılıb. Hazırda idarə polislərlə əhatə olunub, mətbuat nümayəndələri hadisə yerinə buraxılmırlar.

Məqalə müəllifi ilə əlaqə ünvıanı: [email protected]

Xəbər lenti

Xəbər lenti