Gürcüstan, Tbilisi, 3 noyabr / Trend müxbir N.Kirtsxalia/ Acarıstanda bazar ertəsi, saat 8:00-da Müxtar Respublikanın Ali Şurasına seçkilər başlayıb.
Seçkilərin nəticəsi noyabrın 4-də açıqlanacaq. Gürcüstan MSK-nın sədri Levan Tarxnişvili artıq Acarıstandadır və seçkiləri izləyir.
Burada 334 seçki məntəqəsində 292 min 21 seçici qeydiyyatdadır.
Cəmi 18 mandatı olan Ali şuraya 9 partiyanın nümayəndələri namizəddir: Milli hərəkat, Xristian-demokrat partiyası, "Sənayeçilər", "Biz özümüz", "Gürcü truppa", "Gürcü siyasəti", Milli Demokrat Partiyası, Vahid kommunist partiyası.
Acarıstanda böyük dəstəyə malik olan müxalifət yönlü Respublika partiyası seçkilərdə iştirak etmir. Buna səbəb kimi ölkədəki böhranı və Rusiya qoşunlarının Gürcüstan ərazisində olmasını göstərir.
Ali Şuranın iyulda qəbul etdiyi düzəlişlərə əsasən mandatların sayı 30-dan 18-dək azaldılıb.
Deputatlardan 6-sı majoritar, 12-si isə proporsional qaydada seçiləcək.
Seçkiləri müxtəlif təşkilatlardan 22 müşahidəçi izləyəcək.
Seçki məntəqələri saat 20:00-da bağlanacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]