Türkiyədə rəsmi səfərdə olan Livan Baş naziri Fuad Sinyora və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə Ərəb-İsrail münaqişəsinin həllilə bağlı birgə bəyanat imzalayıblar. Bu barədə Tükiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.
Bəyanatda Qərbi Şəriə, Qəzzə zolağı və Şərqi Qüdsdəki Fələstin torpaqlarının bir-birindən ayrı qəbul edilə bilməyəcəyi bildirilib. Bəyanatda eyni zamanda BMT qətnamələri, Madrid Sülh Konfransı və Ərəb sülh təşəbbüsü çərçivəsində Ərəb-İsrail münaqişəsilə bağlı adil sülh prosesinin dəstəkləndiyi ifadə edilib.