...

GUAM milli koordinatorları xarici işlər nazirləri iclasının gündəliyini hazırlayacaqlar

Siyasət Materials 4 Noyabr 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir N.Abdullayeva/ GUAM-a üzv dövlətlərin milli koordinatorları yaxın vaxtlarda Kiyevdə təşkilatın xarici işlər nazirləri iclasının gündəliyini hazırlayacaqlar. Bu barədə Trend -a çərşənbə axşamı GUAM-ın Baş katibi Valeri Çeçelaşvili Kiyevdən telefonla məlumat verib.

"Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"a üzv dövlətlərin Xarici Siyasət İdarələri rəhbərlərinin görüşü dekabrın 4-5-də Helsinkidə keçiriləcək.

GUAM-a üzv dövlətlərin milli koordinatorlarının iclası noyabrın 20-21 Kiyevdə keçiriləcək.

Çeçelaşvili bildirib ki, görüşdə siyasi qarşılıqlı əlaqələr, sahə əməkdaşlığı və təşkilati fəaliyyətə dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır. Milli koordinatorların görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.

GUAM formatı 1999-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti