...

Azərbaycan Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti artırılıb

Siyasət Materials 7 Noyabr 2008 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti artırılıb. "Diplomatik xidmət orqanlarının saxlanılması üçün 2009 - cu ilin dövlət büdcəsində 52 milyon manat nəzərdə tutulub, bu da ötən illə müqayisədə, 3,7 milyon manat (7,7%) çoxdur",- bu barədə cümə günü Azərbaycan parlamentinin birgə komissiyalarının iclasında 2009 - cu il üzrə dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Trend - un arayışı: 2008 - ci ildə Azərbaycanın dövlət büdcəsindən diplomatik xidmət orqanlarının saxlanılmasına 48,3 milyon manat vəsait ayrılıb. Nazir qeyd edib ki, 2008 - ci ildə XİN əməkdaşlarının əmək haqları əhəmiyyətli dərəcədə artırılıb.

"Hesab edirəm ki, digər nazirliklərin işçiləri ilə müqayisədə, XİN əməkdaşlarının əməkhaqları yaxşı səviyyədədir. Xaricdə fəaliyyət göstərən diplomatların da maliyyə təminatı yaxşıdır", - deyə o əlavə edib.

Şərifov bildirib ki, 2009 - cu ildə XİN - ə əlavə işçilər qəbul etmək üçün ştatlar veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti