...

Gürcüstanın Ermənistana hərbi yüklərin daşınmasına razılıq verməsi onun özü üçün düşünülməmiş addım olacaq - politoloq

Siyasət Materials 13 Noyabr 2008 15:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın öz ərazisindən Rusiyadan Ermənistana hərbi yüklərin daşınmasına razılıq verməsi Tbilisinin vəziyyətini ciddi şəkildə çətinləşdirə bilər. Gürcü politoloqu Ramaz Klimiyaşvili Trend -a bildirib.

Bu günlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan gürcü həmkarı David Kezeraşvili ilə görüşdə Ermənistana hərbi yüklərin də, iqtisadi təyinatlı yüklər kimi Gürcüstandan tranzit vasitəsilə daşınmasını arzu etdiyini bildirib.

"Bu, Tbilisi üçün növbəti düşünülməmiş addım olacaq və növbəti təxribata gətirib çıxara bilər", - Klimiyaşvili söyləyib. Onun sözlərinə görə, bu qərar "Gürcüstanı özünə strateji tərəfdaş sayan və eyni zamanda ölkəni qazla təmin edən" Azərbaycanın narazılığına səbəb olacaq.

Politoloq bildirib ki, Ermənistanın hərbi yük qəbul edə biləcəyi yeganə ölkə hazırda Gürcüstanla münasibətləri gərgin olan Rusiyadır. "Bu məqamdan çıxış edərək, təsəvvür etmək çətindir ki, rəsmi Tbilisi hansı statusla ərazisini işğal etmiş dövlətə ölkəsindən yük keçirməyə icazə verməyi düşünür", - o qeyd edib.

Gürcüstanın bir çox KİV-ləri bu gün artıq hərbi yüklərin daşınması barədə razılaşmanı fakt kimi qələmə veriblər. Amma ölkənin Müdafiə Nazirliyində bu məlumatı təsdiq etməyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti