Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbirlər Ü.Sadıxova, A.Qut/ İsrail göstərmək istəyir ki, daxili siyasi böhrana baxmayaraq istənilən hərbi zərbəyə cavab vermək iqtidarındadır.
"İsrailin Qəzzada hərbi əməliyyatlara başlamaq qərarı, daxili siyasi münaqişələrə baxmayaraq hərbi gücün olmasına sübutdur", - bunu Trend -a telefonla regional təhlükəsizliyin öyrənilməsi üzrə London mərkəzinin təhlilçisi Kontrol Risk (ControlRisks) Neili Quilliam (Neil Quilliam) bildirib.
İsrailin nazirlər kabinetinin ötən günü keçirilən iclasında baş nazir Ehud Olmert bildirib ki, HƏMAS-la müvəqqəti atəşkəsə baxmayaraq Qəzza sərhədində vəziyyətlə bağlı naratçılıq keçirir. Nazirin sözlərinə görə, məhz bu səbəbdən, Qəzza ilə sərhəddə döyüş əməliyyatlarının başlanılması istisna deyil. Ərəb telekanalı Aljazeera bildiri ki, baş nazirin sözlərinə dəstək verən müdafiə naziri Ehud Barak deyib: "İsrail üçün oturub yeni bombardımanı gözləmək təhlükəlidir".
İyun ayında Misirin vasitəçiliyi sayəsində İsrail ilə HƏMAS və Qəzza bölgəsindəki fələstinin digər hərbi qüvvəri arasında atəşkəs haqqında razılaşma imzalanıb. Lakin noyabrın 4-də tərəflər arasında yenə də silahlı toqquşma baş verdi.
"HƏMAS atəşkəsdən öz xeyrinə istifadə edərək, şəxsi silahlı qüvvələri olan, "Hezbollah" qruplaşmasına bənzər, muxtar dövlət yaradıb", - bunu Bar-İlan universitetinin Beqin-Sədat adına strateji araşdırmalar mərkəzinin analitiki Mordexay Kedar deyib.
HƏMAS-ın bunkerlər və tunellər tikməsi, Qəzza bölgəsində sahələri minalaması səbəbindən İsrail müvəqqəti atəşkəsi pozmaq istəyir.
Lakin İsrailin Qəzza sektorunda döyüş əməliyyatlarını bərpa etmək istəyi hərbi müdafiədən çox siyasi niyyətdir. Amerika hərbiçilərinin nəzarətində ola Qərb sahilinin təhlükəsizliyi barədə İsrail narahat deyil. Deməli bu İsrail Nablus, Beyt Laxm və başqa sərhəd ərazilərdə təhlükəsizliyi təmin edir.
Lakin İsrail üçün Qəzza sektoru ilə sərhəd ərazilər üzərində tam nəzarəti itirmək sərf etmir. Baxmayaraq ki, Qəzza tam blokadadır, İsrailin onu öz nəzarəti qaytarmaq cəhdləri ölkəni HƏMAS-la toqquşmaya sövq edə bilər. Bunu Beynəlxalq münasibətlərin öyrənilməsi üzrə Fələstin akademik cəmiyyətinin (Palestinian academic society for the study of international affairs) direktoru Mehdi Əbdül Hadi bildirib.
Abdel Hadi Qüdsdən telefonla Trend -a bildirib ki, FƏTH ilə İsrail arasında münasibətlər yaxşıdır. Buna görə də ehtimal olunan döyüş əməliyyatlarına dair Fələstin administrasiyası ilə danışıqlar aparmağa ehtiyac yoxdu.
Fələstin analitiki hesab edir ki, İsrailin müdafiə naziri Ehud Barakın HƏMASI yeni döyüş əməliyyatları ilə hədələməsi, siyasi hakimiyyətdə qeyri-sabitliyin olmasına baxmayaraq İsrailin öz maraqlarını müdafiə etmək iqtidarında olduğunu göstərmək istəyi ilə edilir.
Sentyabr ayında Olmert korrupsiyada ittiham olduğundan istefaya getməli oldu. Növbədənkənar seçkilərdə baş nazir postunu İsrail XİN Tsipi Livni tutdu. Lakin müxalifət partiyası "Likud"un lideri Benyamin Netaniyahu ilə aralarında fikir ayrılığının olması səbəbindən yeni Nazirlər Kabineti hələ ki, formalaşmayıb. Buna görə də baş-nazir funksiyasının seçkilərə qədər Olmert icra edəcək.
Təhlükəsizlik üzrə əksər İsrail mütəxəssisləri hesab edirlər ki, Qəzzada geniş miqyaslı döyüş əməliyyatları qaçılmazdı.
"Yaxşı olar ki, bu əməliyyatlar HƏMAS-ın hərbi potensialını gücləndirməyə imkan verməmək üçün bu gün başlasın", - Trend -a İsrail analitiki Kedar bildirib.
Kedar hesab edir ki, döyüş əməliyyatlarının yubadılması HƏMAS-a imkan verir ki, daha çox silahlansın.
Lakin İsrail hökuməti ilə Fələstinin HƏMAS müqaviməti arasında münaqişə beynəlxalq səviyyədə həll olunmalıdır. Belə ki, hərbi əməliyyatlar heç birinə sərf eləmir.
Müstəqil ərəb politoloqu Həsən Attiya (Ghassan Attiyah) hesab edir ki, ABŞ prezidenti Barak Obamanın, Vaşinqtonun İsrail-Fələstin müaqişəsinin həll yolunda uzunmüddətli atəşkəs müqaviləsinin imzalanması barədə sözlərindən istifadə etmək lazımdır.
"Yeni müharibə həm İsrail, həm də HƏMAS üçün baha başa gələcək. Belə ki, onlar bir-birini ərazisini dağıdana kimi müharibə edəcəklər", - İraqın inkişaf və demokratiya fondunun (Iraqi foundation of development and democracy) başçısı Attiya londondan Trend -a telefonla bildirib.
Ekspert hesab edir ki, HƏMAS-ın silahı İrandan daxil olur. Buna görədə İsrail narahatdır ki, İranın regiona təsiri artar. Əvvəl Suriyanın fələstin hərəkatına güclü təzyiq göstərməsi Dəməşk ilə İsrail arasında bilvasitə danışıqları zəiflətdi.
Attiya hesab edir ki, əgər İsrail və ABŞ Fələstin Muxtriyyatı ilə ərəblərin maraqlarına cavab verən açıq dialoqa getsələr, HƏMAS-ın Fələstin-İsrail danışıqlarına qoşulacağına ehtimal var.
1987-ci ildə yaradılmış İslam müqavimət hərəkatı 1988-ci ildə fəallıq göstərib. Yarandığı ilk gündən təşkilatın məqsədi Fələstinin işğal olunmuş torpaqlarını azad etməkdi.
2006-cı ildə keçirilmiş parlament seçkilərindən sonra HƏMAS-la FƏTH arasında müasibətlər pisləşdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]