Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir S.Babayeva/ Yanvar-oktyabr ərzində Azərbaycanın metallurgiya müəssisələrində istehsal həcmi ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 34,1 faiz artıb. Özəl sektorun payı 50,2 faiz təşkil edib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məhsulun növləri | 2008-ci il yanvar-oktyabrda istehsal həcmi | Ötən ilin eyni dövrü ilə müqayisədə %-lə | 2008-ci il noyabrın 1-i üçün hazır məhsul ehtiyatı |
Metallurgiya sənayesi | |||
Çuquntökmə (ton) | 1 458,3 | 139,9 | 705,7 |
Poladtökmə (min ton) | 74,1 | 33,5 | 8,7 |
Armaturlar (min ton) | 192 | 124,2 | 10,9 |
Oksid alüminium (min ton) | 151,9 | 95,4 | 2,3 |
Hazır metal məmulatları istehsalı | |||
Qara metaldan kəndir və məftillər (ton) | 1 554,8 | 119 | 15,5 |
Qara metaldan tikinti üçün dirəklər və ona oxşar avadanlıqlar (min ton) | 37,1 | 118,6 | 5,6 |