...

Türkiyə, Amerika və İraq Bağdadda PKK məsələsini müzakirə edəcəklər

Siyasət Materials 19 Noyabr 2008 14:22 (UTC +04:00)

Çərşənbə günü Türkiyə, ABŞ və İraq rəsmilərinin Bağdadda 3 gün davam edəcək görüşu başlayacaq. Görüşdə məqsəd İraq ərazisindən Türkiyəyə hücumlar təşkil edən PKK terror təşkilatı ilə effektiv mübarizə aparmaq yollarını müzakirə etməkdir. Bu barədə Türkiyənin "Worldbulletin" informasiya agentliyi məlumat verib.

Müzakirələrdə iştirak edəcək numayəndə heyətlərinə Türkiyədən daxili işlər naziri Bəşir Atalay, İraqdan milli təhlükəsizlik naziri Şirvan əl-Vaeli, ABŞ-dan isə səfir Ryan Kroker (Ryan Crocker) başçılıq edir.

Xəbər lenti

Xəbər lenti