Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Hindistana rəsmi səfərə yola düşür. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.
Səfər çərçivəsində Türkiyə ilə Hindistan arasında ticarət və texnologiya sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.