...

Bakıda qətl törətməkdə təqsirli bilinən yeniyetmə tutulub

Siyasət Materials 21 Noyabr 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Binəqədi rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Binəqədi qəsəbə sakini 1992-ci il təvəllüdlü Kənan Eynulla oğlu Kərimov noyabrın 19-da saat 20:50 radələrində Binəqədi qəsəbəsində 1984-cü il təvəllüdlü Əvəz Ənvər oğlu Əzimovey qətlində təqsirləndirilir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən cümə günü Trend -a məlumat verilib.

Binəqədi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kərimov yaxalanıb. Kərimov ilk ifadəsində cinayət törətdiyini etiraf edib. Onun dediyinə görə, səbəb Əzimovun onun bacısına sataşması olub. Əzimovun Bakı Metropolitenində işlədiyi bildirilir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti