Azərbaycan, Bakı, 24 noyabr / Trend / Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Bosniya və Herseqovinanın Rəyasət heyətinin sədri Haris Silayciçə Bosniya və Herseqovinanın yaranması günü münasibətilə təbrik məktubu göndərib.
Ölkə başçısı təbrik məktubunda Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq, daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyini bildirib.
Məqalə müəllifi ilə əlaqə : [email protected]