Gürcüstan, Tbilisi, 27 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın parlamentdənkənar müxalifəti Gürcüstan hakimiyyətinin istefasını və növbədənkənar parlament və prezident seçkilərini tələb etmək niyyətindədir. Hakimiyyəti dəyişmək istəyinə baxmayaraq, müxalifət hazırki hakimiyyətin devrilməsinin forma və üsullarına müxtəlif şəkildə yanaşır.
"Kartuli dasi" (Gürcüstan qrupu) partiyasının lideri istisna olmaqla, parlament müxalifəti gələn ilin yazında seçkilərin keçirilməsini dəstəkləmirsə, o zaman parlamentdənkənar müxalifət gələn il aprelin 9- dan prezident və parlamentin istefası tələbi ilə permanent oturaq tətilə başlamaq niyyətindədir. Belə seçkilərin təyin edilməsi haqqında tələb isə, Birləşmiş Müxalifət tərəfindən noyabrın 7- də nümayiş zamanı prezident administrasiyasına təqdim edilib.
Parlament müxalifəti hesab edir ki, ölkənin yenidən ötən ilki seçkilər kimi seçkilərin olmaması üçün, əvvəlcə yeni Seçki Məcəlləsinin işlənilməsi məqsədilə qrup yaratmaq lazımdır. "Hər kəsə bərabər hüquq və imkanları təmin edən normal və ədalətli Məcəllə olmadan, nəgəng inzibati ehtiyatları olan hazırki hakimiyyətdən seçkiləri qazanmaq mümkün deyil", - nüfuzlu Xristian - Demokratik Hərəkatın lideri Girogi Tarqamadze Trend - a bildirib.
Müxalifətçilər hələ ki, Gürcüstanda prezident və ya parlament respublikası görmək istədikləri barədə vahid rəyə gəlməyiblər. Bütün bu məsələlər dekabrın 20 - nə hər hansı bir koalisiya qüvvəsini yaratmağa can atan müxalifət partiyaları arasında danışıqların predmetidir. Hazırda parlamentdənkənar müxalifət öz qruplaşmaları daxilində razılığa gəlməyə çalışan üç əsas hissəyə bölünüb. Hələ bütün müxalifətin birləşdirilməsindən danışılmır.
Bu gün yeni ilə üç əsas parlamentdənkənar müxalifət koalisiyasının yaranması perspektivi mövcuddur: birincisi - respublikaçılar və "yeni sağlar" ; ikincisi - mühafizəkarlar, Xalq Partiyası, "Vahid Gürcüstan naminə" (İrakli Okruaşvilinin partiyası) və Levan Qaçeçiladze və Girogi Xaindravanın simasında ayrı - ayrı liderlər; üçüncüsü - Milli Forum, "Azadlıq" və ənənəçilər.
"Prezident Saakaşvili və onun parlamenti tezliklə getməlidirlər və bu cari ildə baş verərsə, çox yaxşı olar. Bu quldur dəstəsinin hakimiyyətdə olması hər gün onu geriyə aparır və ölkəni məhv edir və", - Saakaşvili hökumətinin keçmiş dövlət naziri Giorgi Xaindrava Trend - a bildirib. Xaindrava özü Gürcüstanın parlament respublikası elan edilməsi fikrinə tərəfdardır. "Ölkədə prezident olmamalıdır, biz bütpərəstliyə son qoymalıyıq. Ölkəni parlament və Nazirlər Kabineti idarə etməlidir", - Xaindrava hesab edir.
Lakin o, Gürcüstanın yenə də prezident respublikası qala bilməsinə yol verir. "Lakin bu halda, prezidentin hüquqları maksimal dərəcədə kəsilməlidir", - Xaindrava bildirib və vurğulayıb ki, Birləşmiş Müxaliflətin "Levan Qaçeçiladzenin simasında prezident seçkilərində qələbə qazanmış namizədi var və istək yaranarsa, o, prezidentliyə namizədliyini yenidən irəli sürə bilər".
"Demokratik Hərəkat - Vahid Gürcüstan" partiyasını yaratmış Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze və hazırda öz partiyasını yaratmaq yolunda olan keçmiş Baş nazir Zurab Noqaideli müstəqil oyun aparacaq. Burcanadze artıq müxalifətin gələn ilin yazında prezident və parlament seçkilərinin keçirilməsi haqqında tələbini dəstəkləyib və dövlət başçısı vəzifəsinə iddialarını bəyan edib. Gürcüstan ekspertlərinin məlumatlarına görə, Burcanadze Qərb və Rusiyanın siyasi elitasının bir hissəsi tərəfindən böyük dəstəyə malik olsa da, Gürcüstanın özündə onun dəstəyi yüksək deyil. Həmçinin, daim müxtəlif seçkilərdə 7 -10 faiz səs toplayan və özünün elektoratı olan leyborist partiyası birləşməmiş qüvvə kimi qalır. Partiyanın lideri Şalva Natelaşvili əvvəllər bəyan edib ki, onun partiyası həmişə "həm prezident ,həm də parlament seçkilərini saxtalaşdırmış qanunsuz prezident Saakaşvilinin istefasını tələb edib". Lakin o, heç bir müxalifət partiyaыına qoşulmaq niyyətində deyil və hakimiyyət uğrunda müstəqil mübarizə aparacaq.
Lakin bu gün Natelaşvili gələcək planları haqqında danışmaqdan imtina edib.
Bəzi məlumatlara görə isə, Gürcüstan hakimiyyəti növbədənkənar seçkiləri istisna etmir - lakin müxalifətin istədiyi kimi tez yox. Kuluarlarda artıq hakimiyyətin iki namizədi - BMT- dəki səfir İrakli Alasaniya və Tbilisinin meri Giqi Uqulava barədə danışırlar. Birincini hakimiyyətin liberal hissəsi dəstəkləyirsə, ikinciyə prezident Saakaşvili özü dəstək verir və ABŞ - da artıq merin fəaliyyəti haqqında ilk müsbət nərşlər çıxıb. Mətbuatda yayılan məlumata görə, Saakaşvili Rusiyanın yolunu gedəcək və prezidentin səlahiyyətlərinin məhdud olması ilə Baş nazir vəzifəsini tutacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]