Türkmənistanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin cümə günü ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub, AzərTac dövlət agentliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb. Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirilib.
Dövlət başçıları ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.