...

Bakıda İran vətəndaşına məxsus avtomobili qaçıran şəxslər tutulub

Siyasət Materials 4 Dekabr 2008 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir S.Kazımlı / Bakıda İran vətəndaşına məxsus avtomobil oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlayan şəxslər tutulublar. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən cümə axşamı Trend -a məlumat verilib.

Dekabrın 3-də saat 10:00 radələrində Binə qəsəbəsində kirayədə yaşayan İran İslam Respublikasının vətəndaşı 1950-ci il təvəllüdlü Zərkəran Naserə məxsus olan "SEPANT PK" markalı HO-04444 nömrəli avtomaşın yaşadığı evin qarşısından qaçırılıb.

Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev prospekti 102-nin qarşısında, avtomaşını qaçıranlar Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1989-cı il təvəllüdlü Elnur Məzahir oğlu Səfərov və Qazax rayon sakini 1984-cü il təvəllüdlü Kamil Hidayət oğlu Mehbəliyev avtomaşınla birlikdə saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti