...

Azərbaycan prezidenti rabitə və informasiya texnologiyaları sahəsində çalışanların bir qrupunu təltif edib

Siyasət Materials 5 Dekabr 2008 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev ölkədə rabitə və informasiya texnologiyalari sahəsində səmərəli fəaliyyətlərinə görə bir neçə nəfərnin təltif edilməsi haqda sərəncam imzalayıb.

Prezidentin sərəncami ilə İsmət Gözəlov "Şöhrət" ordeni, Sultanağa Ağayev və Mikayil İbrahimov "Tərəqqi" medalı, Tofiq Useynov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunublar.

Rabitə və informasiya texnologiyaları sahəsindəki xidmətlərinə görə Mikayıl Abbasov, Kamandar Abdullayev, Rövşən Məmmədov və Nüsrət Səmədov "Əməkdar mühəndisi" fəxri adına layiq görülüblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti