...

Aİ Gürcüstanla əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Siyasət Materials 8 Dekabr 2008 11:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 dekabr / Trend , müxbir N. Kirtsxaliya/ Aİ və Gürcüstan arasında əməkdaşlıq üzrə Şuranın plenar iclası dekabrın 9-da Brüsseldə keçiriləcək. Gürcüstan XİN-dən verilən məlumata görə, orada iştirak edən gürcü nümayəndə heyətinə yeni nazir Qriqol Vaşadze rəhbərlik edəcək.

İclasda iştirak etmək üçün bazar günü Baş nazirin müavini, Avropa və Avroatlantik məkana inteqrasiya üzrə dövlət naziri Qeorqiy Baramidze Brüsselə yola düşüb.

Şuranın iclasında Avropa İttifaqının qonşuluq siyasəti və münaqişələrin həllində iştirakı məsələlərinin müzakirə olunması nəzərdə tutulub.

2008-ci il okyabrın 1-dən Aİ müşahidəçiləri Gürcüstanın Cənubi Osetiya və Abxaziyaya yaxın bölgələrində vəziyyəti müşahidə edirlər. Yanvarda Aİ Gürcüstan vətəndaşlarının bəzi qrupları üçün viza rejiminin asanlaşdırılması məsələsinin müzakirəsinə başlayacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti