...

Ümid edirəm ki, tezliklə "İrəli"nin təsisçilərini yeni layihələrin başında görə biləcəyik – Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri

Siyasət Materials 11 Dekabr 2008 15:55 (UTC +04:00)
Ümid edirəm ki, tezliklə "İrəli"nin təsisçilərini yeni layihələrin başında görə biləcəyik – Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanda "İrəli" gənclər hərəkatının üzvlərinə böyük ümidlər bəsləyirlər.

"Ümid edirəm ki, tezliklə "İrəli"nin təsisçilərini yeni, daha böyük, effektli və aktiv layihələrin başında görə biləcəyik", - Azərbaycan Prezidenti İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov cümə axşamı Trend -a bildirib.

Dekabrın 9-da "İrəli"nin təsisçiləri gənclər hərəkatının fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər. Onların rəyinə görə, hərəkat birinci mərhələdə qarşıya qoyulan vəzifələri həyata keçirib. Hərəkatın başlıca vəzifəsi gənclərin dövlətçiliyin inkişafı naminə birləşdirilməsiydi.

"Hər prosesin başlanğıcı və sonu var. Mənim fikrimcə, "İrəli" gənclər hərəkatı da öz səmərəli fəaliyyətinin zirvəsində buraxılması barədə qərar qəbul edib. "İrəli" bu gün ölkədə həyata keçirilən gənclər siyasətinin gündəliyinin formalaşmasında öz sözünü deyib", - Aslanov bildirib.

Onun sözlərinə görə, hərəkat fəaliyyət göstərdiyi üç il ərzində altı təsisçinin qeyri-siyasi hərəkatından prezident İlham Əliyevin kursuna dəstək ideyası altında birləşmiş 6000 min gəncin hərəkatınadək çox maraqlı yol keçib. "Bununla yanaşı, bu, yüzlərlə sosial layihə, indiyədək müstəqil Azərbaycanda analoqu olmayan təşəbbüslər deməkdir. Digər tərəfdən, mahiyyətinə görə, "İrəli" ictimai sifarişin təşkilatın qarşısına qoyduğu vəzifəni yerinə yetirib", - Aslanov hesab edir. "O göstərib ki, qeydiyyatdan keçməmiş hərəkat olsa da, gəncləri vahid ideya ətrafında birləşdirmək, bir sıra sosial layihələri həyata keçirmək, dövlətçilik ideyalarını sadəcə pafos hesab etməyən  Azərbaycan gənclərinin potensial və imkanlarını birləşdirmək və nəhayət çoxlarına izah etmək olar ki, Azərbaycan fikir və imkanların reallaşdırıla biləcəyi məkandır", - Aslanov bəyan edib.

"Başqa sözlə, "İrəli" göstərib ki, Azərbaycan böyük imkanlara malik ölkədir", - o bildirib.

"Lakin "İrəli"nin buraxılması mənə, "onlar qayıtmaq üçün gedirlər" sözləri səslənmiş bir televiziya verilişinin reklamını xatırlatdı, - Aslanov  deyib. - Belə ki, cəmiyyətdə daim gənclərin "İrəli" kimi təşəbbüslərinə tələbat var".

"Azərbaycanda yeni formatda gənclər hərəkatının yaradılmasına dair müxtəlif təkliflər mövcuddur", - "İrəli"nin həmtəsisçisi Ceyhun Osmanlı çərşənbə axşamı Trend ­-a bildirib.  "Gənclər hərəkatının həmtəsisçiləri arasında yeni formatda təşkilatın yaradılmasına dair müxtəlif rəylər var", - Osmanlı deyib.


Onun sözlərinə görə, yaradıla biləcək yeni təşkilat siyasətlə məşğul olmayacaq.


Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti