...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb

Siyasət Materials 12 Dekabr 2008 10:04 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 12 dekabr / Trend , müxbr E.Məmmədov/ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin altıncı sessiyasının dekabrın 16-da çağırılması haqqında qərar qəbul edilib, Trend -un bölgə müxbiri məlumat verib.

Sessiyada 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə ediləcək, həmçinin 2009-cu il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi nəzərdə tutulub.

Bundan əlavə, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi gündəliyə çıxarılacaq.

Sessiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüququları üzrə Müvəkkilinin (Ombudsmanının) hesabatı dinləniləcək.

Naxçıvan MR Azərbaycanda yeganə muxtar respublikadır. 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlanandan sonra blokada vəziyyətində qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti