...

Türkmənistan hökuməti zəvvarlar üçün Məkkəyə xüsusi reys təşkil edib

Siyasət Materials 15 Dekabr 2008 13:12 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 15 dekabr/ Trend , müxbir E.Həsənov/ Türkmənistan hakimiyyəti mömin vətəndaşları üçün Məkkəyə xüsusi çarter reysi təşkil edib. Bu gün türkmən televiziyası xəbər verib ki, dövlətin yardımı ilə Həcc ziyarətinə getmiş 188 zəvvarı xüsusi reyslə gətirən Türkmənistan Hava Yorlları Dövlət Aviasiya Xidmətinə məxsus təyyarə Aşqabad aeroportuna enib.

Türkmənlər İslamın sünni məzhəbinə məxsusdurlar.

"Bu il daha 188 həmvətənimiz peyğəmbərin müqəddəs torpağını ziyarət edib və bütün vacib əməlləri yerinə yetirərək hacı olublar", - deyə məlumatda bildirilir.

Dövlət bu aksiyaya 2001- ci ildən hamilik edir. Hər il Qurban bayramı ərəfəsində Türkmənistandan göndərilənlər müsəlmanların məşhur müqəddəs şəhərləri Məkkə və Mədinəni ziyarət edən dindarlara qoşulurlar. "Müstəqillik illərində minlərlə türkmənistanlı türklərin Qurban bayramı adlandırdıqları Eyd-ul-Adha bayramının bütün ayinlərini yerinə yetirmək üçün müqəddəs torpaqlara Hacc ziyarətinə getmək imkanı qazanıb", - deyə məlumatda bildirilir.

Qurbanqulı Berdiməhəmmədov 2007-ci ildə prezident seçildikdən sonra ziyarət məqsədi ilə Səudiyyə Ərəbistanına səfər edib. Türkmənistanın 2006-cı ilin dekabrında vəfat edən əvvəlki rəhbəri Saparmurat Niyazov da ümrə (kiçik hacc) ziyarətini yerinə yetirib. Bir müddət əvvəl Fransanın Buiq tikinti şirkəti paytaxtın yaxınlığındakı Qeok-tepe şəhərində Hacı Saparmuradın adına məscid inşa edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti