...

İranın nüvə fəaliyyəti region ölkələrinə təhdid deyil – rəsmi Tehran

Siyasət Materials 17 Dekabr 2008 13:54 (UTC +04:00)

İran, Tehran , 17 dekabr / , müxbir A. Namdari/ İranın BMT- dəki daimi nümayəndəliyi bəyanat yayaraq, ABŞ -ın Dövlət Katibi Kondoliza Raysın son bəyanatına cavab verib.

ABŞ - ın Dövlət Katibi Kondoliza Rays çərşənbə axşamı 5+1 ölkələri ilə Ərəb ölkələrinin BMT-dəki birgə iclasından sonra jurnalistlərə müsahibəsində bildirib ki, iclas iştirakçıları İranın nüvə proqramı və bu ölkənin regiondakı siyasətlərindən narahatdır.

İranın BMT- dəki daimi nümayəndəliyi çərşənbə günü bəyanat yayaraq, Raysın bu cür çıxışını "təkrar və mənasız" adlandırıb.

Bəyanatda bildirilib ki, ABŞ Dövlət Katibinin bu cür çıxışı "ABŞ -ın qərəzli siyasətinin" davamıdır. "Rays İranın sülh məramlı nüvə proqramını və region ölkələri ilə yaxşı münasibətlərini şübhə altına almağa çalışır",- deyə bəyanatda vurğulanır.

İranın BMT-dəki daimi nümayəndəliyi bir daha İranın nüvə proqramının sülh məqsədli olduğunu və onun region ölkələrinə təhdid olmadığını bildirib.

"İranın Fars Körfəzi ölkələri və regiondakı digər ölkələrlə dostluq əlaqələri var və ABŞ-ın dağıdıcı siyasətinin bu münasibətləri korlamağa gücü çatmaz", - deyə bəyanatda qeyd olunur.

BMT- nin Təhlükəsizlik Şurasının 5 daimi üzv ölkələrin (ABŞ, Britaniya, Fransa, Rusiya və Çin) və Almaniyanın xarici işlər nazirləri (5+1 qrupu) çərşənbə günü Nyu - Yorkda Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvləri, Misir, İraq və İordaniya ölkələri ilə İranın nüvə məsələsini müzakirə edir.

5+1 qrupuna üzv ölkələr çalışırlar ki, rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırsın və əvəzində isə, iqtisadi güzəştlər əldə etsin.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti