...

"Şərq tərəfdaşlığı" Azərbaycana Avropa İttifaqına daxil olmaq dəvəti deyil, əməkdaşlıq təklifidir – Aİ-nin xüsusi nümayəndəsi (video)

Siyasət Materials 23 Dekabr 2008 18:28 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" Azərbaycana Avropa İttifaqına daxil olmaq dəvəti deyil, əməkdaşlıq təklifidir – Aİ-nin xüsusi nümayəndəsi (video)

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir R.Novruzov/"Şərq tərəfdaşlığı" Azərbaycana Avropa İttifaqına daxil olmaq dəvəti deyil, sadəcə, əməkdaşlıq haqqında təklifdir - Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə  xüsusi nümayəndəsi Piter Semnebi hesab edir.

Cari ilin mayında Polşa və İsveç altı postsovet ölkəsi - Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan və Belarula əməkdaşlıq üzrə "Şərq tərəfdaşlığı" Proqramının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Bu proqram Azərbaycan və digər beş ölkəni Avropa ilə yaxınlaşdırmağa yönəlib, - Semnebi çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.

Aİ xüsusi nümayəndəsinin rəyinə görə, "Şərq tərəfdaşlığı" regionda münaqişələrin baş verməməsinə yönəlib. "Avropa Komissiyası Cənubi Qafqaz regionundakı münaqişələrin, o cümlədən də Ermənistan -Azərbaycan münaqişəsinin nizamlanması üçün əlindən gələni edəcək. Lakin Avropa Komissiyası münaqişənin nizamlanması prosesi ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun rəqibi deyil", - Semnebi bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Semnebi Bakıya birgünlük səfəri çərçivəsində, bu gün Azərbaycanın xarici işlər naziri ilə görüşüb, ölkənin siyasi partiyalarının nümayəndələri ilə danışıqlar aparıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti