...

Fevralda Türkmənistan prezidentinin Özbəkistana səfəri gözlənilir

Siyasət Materials 26 Dekabr 2008 20:54 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 26 dekabr/ Trend , müxbir E.Həsənov/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu fevralın sonunda Özbəkistana səfəri gözlənilir, - Özbəkistan prezidenti İslam Kərimovun türkmən həmkarına məktubunda deyilir.

"İkitərəfli etibar dialoqunun davam etdirilməsi məqsədilə hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi 2009-cu il fevralın 24-25-də Özbəkistan Respublikasına rəsmi səfərə dəvət etmək istəyirəm. Əminən ki, Sizin qarşıdakı səfəriniz özbək və türkmən xalqlarının maraqları çərçivəsində bizim çoxtərəfli əməkdaşlıq perspektivlərimizi ətraflı müzakirə etməyə imkan verəcək", - Özbəkistan prezidentinin məktubunda deyilir.

Kərimovun sözlərinə görə, Özbəkistan Türkmənistanla "mehriban qonşuluq, qarşılıqlı hörmət və açıqlıq" prinsiplərinə əsaslanmış dinamik inkişaf edən çoxplanlı münasibətləri yüksək qiymətləndirir.

"Ölkələrimiz arasında zamanla sınanmış dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl inkişafını, ümumi səylər nəticəsində toplanmış müsbət sıx əməkdaşlıq təcrübəsi və regional, beynəlxalq xarakterli ən vacib məsələlər üzrə siyasətimizin uzlaşdırılmasını razılıqla qeyd etmək istərdim", - Özbəkistanın lideri qeyd edir.

Özbəkistan və Türkmənistanın uzun ümumi sərhədi var. Hazırda türkmən qazı "Mərkəzi Asiya - Mərkəz" magistralı ilə Özbəkistan ərazisindən keçərək, Rusiyaya daxil olur. Bundan başqa, Türkmənistandan ÇXR-ə çəkilən qaz kəməri üçün də Özbəkistan ərazisindən istifadə edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti