...

BMT-nin baş katibi Pan Gi Mun 2009-cu ildə Türkmənistana səfər etməyi planlaşdırır

Siyasət Materials 26 Dekabr 2008 23:19 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 26 dekabr / Trend müxbir E.Həsənov/ BMT baş katibi Pan Gi Mun 2009-cu ildə Orta Asiya ölkələrinə səfəri çərçivəsində Türkmənistana səfər etməyi planlaşdırır. Bu haqda onun Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedova məktubunda bildirilir.

"Mən Orta Asiya və onun gələcəyinə böyük önəm verirəm... Mənim üçün Orta Asiya ölkələrindən dəvət almaq böyük fəxrdir. Bu fürsəti gələn il ən qısa zamanda nəzərdən keçirməyi düşünürəm", - deyə məktubda bildirilir.

BMT baş katibinin sözlərinə görə, BMT-nin Aşqabaddakı preventiv diplomatiya üzrə regional Mərkəzi və BMT-nin bölgədəki nümayəndəlikləri təşkilatın daha harmonik fəaliyyətini və regional səyləri təmin etmək üçün birgə çalışacaqlar.

Bundan əlavə Pan Gi Mun Berdımuxamedovu bu yaxınlarda Orta Asiya ölkələri prezidentləri ilə MDB sammiti çərçivəsindəki görüş keçirməsi ilə, habelə energetika və su məsələləri ilə bağlı əldə olunan vacib sazişlərin imzalanması ilə əlaqədar təbrik edib.

"Dialoq dövlətlər arasında qonşuluq əlaqələrin və faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün ən yaxşı vasitədir", - deyə BMT baş katibinin məktubunda vurğulanıb.

Həmçinin diplomat BMT-nin Orta Asiyadakı preventiv diplomatiya üzrə regional mərkəzinin rəhbəri Miroslav Yençi görüşə dəvət etdiyi üçün Berdımuxamedova öz təşəkkürünü bildirib.

"O mənə dedi ki, müzakirələr konstruktiv idi. Mən sizin BMT-nin regional mərkəzinin imkanlarından istifadə etməyinizi dəstəkləyirəm", - deyə Pan Gi Mun vurğulayıb.

Xəbər lenti

Xəbər lenti