Azərbaycan, Bakı, 30 dеkаbr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubu "Neftçi" komandasının keçmiş futbolçusu Rəşad Sadiqovla il yarımlıq müqavilə bağlayıb. Bu barədə Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.
Sadiqov Azərbaycan Premyer-Liqasının birinci dövrəsində "Neftçi" komandasında çıxış edib. O, "Neftçi"dən, almaniyalı baş məşqçi Hans Yurgen Gede ilə münasibətləri pozulduğu üçün kənarlaşdırılıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən Sadiqovla yanaşı, "Neftçi"nin digər futçolçusunun - Elnur Allahverdiyevin də "Qarabağ"a keçəcəyi gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]