...

İranın prezidenti dünya müsəlmanlarına  və bütün  sülhsevər xalqlara müraciət edib

Siyasət Materials 5 Yanvar 2009 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir T.Cəfərov/   İran İslam Respublikasının prezidenti İsrailin Qəzzəyə hücumu ilə baglı Fələstin xalqına, dünya müsəlmanlarına  və bütün  sülhsevər xalqlara müraciət edib.

" Həqiqi "Xolokost"  bu gün Qəzzə və Fələstində yaşanır,"- deyə İran prezidenti Mahmud Əhmədinejad müraciətində bildirib. Bu barədə İranın Azərbaycandakı səfirliyinin yanvarın 5-də mətbuata açıqlamasında bildirilib. 

Əhmədinejad  İslam ölkələri alimlərini, azadlıq tərəfdarlarını və gənclərini Qəzzə əhalisinə dəstək verməyə və uşaqlar və qadınlar üçün humanitar yardımlarını Misir vasitəsilə göndərməyə və bütün imkanlardan istifadə etməklə, bu insanlara yardım göstərməyə çağırıb.

İran prezidenti Ərəb Birliyini, Ərəb və İslam dövlətlərini, xüsusilə də Misiri Qəzzə əhalisinin dəstəkləməyə və İsrail ilə əlqələlərini kəsməyə çağırıb.

Prezidentin sözlərinə görə, yardım məqsədilə Rəfəh keçidi və dəniz yolları ən qısa zamanda yenidən açılmalı və digər dövlətlərə və xalqlara lazımi imkanlar yaradılmalıdır.             

Dekabrın 27-də günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə Zolağını raket atəşinə tutublar. Dekarbın 19 - da Həmas təşkilatı və Israil arasında müvəqqəti atəşkəsin başa çatmasından sonra, Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin Sderot va Aşkelon yaşayış məntəqələrini raket atəşinət tutub. Israilin keçirdiyi hərbi əmaliyyatlar zamanı 515 nəfər həlak olub, 3000 nəfərdən çox insan yaralanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti