...

Türkmənistan parlamenti yeni tərkibdə işə başlayıb

Siyasət Materials 9 Yanvar 2009 11:53 (UTC +04:00)

Türmənistan, Aşqabad, 09 yanvar/ Trend , müxbir E.Həsənov/ Bu gün əsas tərkibi hələ 2008-ci il dekabrın 14-də seçilən Türkmənistan Məclisi (parlament) deputatlarının sessiyası başlayıb. Gündəliyə təşkilati məsələlər və mühüm qanun layihələri paketi daxildir.

Səsvermədə ilk turun nəticələrinə görə, nəzərdə tutulan 125 yer üzrə 287 namizəddən 123 deputat seçilib. O cümlədən, Aşqabaddan 13, Axal vilayətindən 19, Balkəndən 11, Daşoquzdan 26, Lebapsdan 26 və Marıy vilayətindən 28 namizəd seçilib.

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, bütün 125 seçki dairəsində bir mandat üzrə iki və daha artıq iddiaçı namizədliyini irəli sürüb. Onların əksəriyyəti ölkə prezidentinin rəhbərlik etdiyi, ölkədə yeganə siyasi qüvvə olan Demokratik Partiyaya mənsubdurlar. Qalan namizədlər isə bu və ya digər şəkildə dövlət strukturlarına tabe olan ictimai təşkilatların üzvləridirlər.

Təkrar seçkilər dekabrın 28-də keçirilib. Belə ki, birinci turda, Lebapsk vilayətinin dairələrindən birində namizədliyini irəli sürən namizədlər lazımi sayda səs toplaya bilməyiblər. Fevralın 8-də Marıysk vilayətində də seçkilər keçiriləcək, çünki burada seçilən şəxs ailə vəziyyəti ilə bağlı namizədliyini geri götürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti