...

Somali quldurları İranın quru yük gəmisini azad ediblər

Siyasət Materials 10 Yanvar 2009 14:30 (UTC +04:00)

Somali quldurları İranın "Delight" quru yük gəmisini azad ediblər. Gəmi 53 gün əvvəl Yəmən sahillərində ələ keçirilib. Bu barədə İranın IRNA İnformasiya Agentliyi xəbər verib.

25 ekipaj üzvü olan və 36 min ton buğda ilə yüklənmiş, Almaniyadan İrana gedən və quldurlar tərəfindən ələ keçirilən gəmi cümə günündən şənbə gününə keçən gecə azad edilib.

İranın Gəmiçilik İdarəsindən verilən məlumata görə, gəminin yükünə zərər yetirilməyib və İran limanına çatdıqdan sonra yük gəmidən boşaldılacaq.

Xəbər lenti

Xəbər lenti