...

AŞ Azərbaycanda xarici radiostansiyaların lisenziyalarının müddətinin uzadılmamasından təəssüflənir

Siyasət Materials 15 Yanvar 2009 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir N.Abdullayeva/ Avropa Şurası Azərbaycanda xarici radiostansiyaların yayım lisenziyalarının uzadılmasının rədd edilməsindən təəssüflənir.

Azərbaycan Milli Teleradio Şurasının qərarına görə, ölkənin "Teleradioyayım haqqında" Qanununa əsasən, yanvarın 1-dən "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının Azərbaycanın milli tezliklərində yayımlanması dayandırılıb.

Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.

"Biz, Azərbaycanın Milli Teleradio Şurasının xarici radiostansiyaların lisenziyalarının uzadılması barədə qərar qəbul etməməsini son dərəcə təəssüfə layiq hesab edirik", - Nazirlər Komitəsinin sədri və İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinosun, eləcə də Parlament Assambleyasının prezidenti Luis Mariya de Puiqin birgə bəyanatında deyilir.

"Azərbaycanda ölkənin milli tezliklərində xarici radiostansiyaların yayımının bərpa edilməsi məsələsinə baxılmayacaq", - Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli cümə axşamı Trend -a bildirib.

"Avropa Şurasına qoşulan Azərbaycan demokratik cəmiyyətin fəaliyyət göstərməsi üçün zəruri şərtlər olan söz azadlığı və kütləvi informasiya vasitələrinin müstəqilliyinə zəmanət verməyi öhdəsinə götürüb", - bəyanatda deyilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti