...

Rusiyanın MDB ölkələri ilə sıx əməkdaşlığı əsas prioritetdir – Rusiya Federasiyasının xarici işlər naziri

Siyasət Materials 16 Yanvar 2009 15:38 (UTC +04:00)
Rusiyanın MDB ölkələri ilə sıx əməkdaşlığı əsas prioritetdir – Rusiya Federasiyasının xarici işlər naziri

Rusiya, Moskva, 16 yanvar/ Trend , müxbir R.Ağayev/ Rusiyanın MDB ölkələri ilə sıx əməkdaşlığı dövlətin əsas prioritetidir. Bu barədə cümə günü Moskvada keçirilən mətbuat konfransında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz MDB ölkələri ilə münasibətlərimizi bərabər hüquq və qarşılıqlı faydalılıq əsasında inkişaf etdiririk, Birlik üzrə tərəfdaşlarımız bizim üstün tərəfdaşlarımızdır və bu münasibətlər qarşılıqlıdır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, MDB məkanında müşahidə olunan qarşılıqlı əlaqələrə səy  göstərilmasi obyektivdir, MDB - nin bütün ölkələri çoxşaxəli siyasətə üstünlük verir və "bunda heç bir qeyri-təbiilik yoxdur".

"Bu münasibətləri çətinləşdirən amillər də var. Bunlar MDB ərazilərində mövcud münaqişələrdir və biz onları nizamlamalıyıq. MDB dövlətlərini kiminsə geosiyasi layihəsinin əsiri etmək lazım deyil və Rusiya buna zidd olacaq", - deyə nazir bildirib.

"MDB bizim üçün  bütövlükdə prioritetdir və həmişə də belə olacaq", - deyə Lavrov əlavə edib.

Müstəqil Dövlətlər Birliyi SSRİ -nin dağılmasından sonra yaranan təşkilatdır. MDB - yə 12 dövlət daxildir, keçmiş SSRİ respublikalarından Latviya, Litva və Estoniya Birliyə daxil olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti