...

Iranda iki həkim dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib

Siyasət Materials 21 Yanvar 2009 13:52 (UTC +04:00)

İranda  HİV-lə mübarizə üzrə ixtisaslaşmış iki tanınmış həkimə İran İslam Respublikasına qarşı dövlət çevrilişində iştirakla bağlı ittiham irəli sürülərək məhkəmə hökmü oxunub. Bu Barədə "Azadlıq" radiosu məlumat yayıb.

Arəş Əlayi 6 il, onun qardaşı Kamyar Əlayi isə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Müvafiq ittiham üzrə ötən həftə İranda daha iki nəfər həbs olunub.

Əlayi qardaşları İranda HİV xəstəliyinə qarşı mübarizə aparan tanınmış həkimlərdir. Onlar 2008-ci ilin iyun ayında həbs olunublar.  Bu iki iranlı həkimin həbsi ölkədən kənarda HİV-lə mübarizə üzrə beynəlxalq təşkilatlar tərəfindən müxtəlif tənqid və etirazlarla qarşılanıb. 

Ötən həftənin şənbə günü İran Prokrorluğunun mətbuat xidməti bəyanat yayaraq bildirib ki, ABŞ-ın dəstəyi ilə ölkədə dövlət çevrilişi etmək istəyən dəstə üzvləri həbs olunub. Məlumatda bildirilib ki, müvafiq ittihamla bağlı dörd nəfər həbs olunub ki, Arəş və Kamyar Əlayi də həmin həbs olunanlar arasındadır.

Xəbər lenti

Xəbər lenti