...

Türkmənistan XİN ölkənin NATO-nun Əfqanıstandakı qüvvələrinin arxa cəbhəsini təmin etməyə hazır olması barədə şayiələri dezinformasiya adlandırır

Siyasət Materials 23 Yanvar 2009 17:39 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 yanvar/ Trend , müxbir E.Həsənov/ Türkmənistan XİN cümə günü Rusiya mətbuatının ölkənin qonşu Əfqanıstanda dislokasiya olunmuş NATO qüvvələrinin arxa cəbhəsini təmin edə bilməsi barədə məlumatını "dezinformasiya" adlandırıb. "Belə yazılar açıq dezinformasiyadır və aydın ifadə olunmuş təxribat xarakteri daşıyır", - idarənin press-relizində deyilir.

Ölkənin xarici siyasət idarəsi diqqəti Rusiyanın "Nezavisimaya qazeta"sında guya türkmən tərəfinin "öz ərazisində təlim düşərgələri açmağa", eləcə də qoşunların təchizatı üçün digər dövlət və onların hərbi alyanslarının "anbar və arxa cəbhə bazalarını yerləşdirməyə" hazır olması barədə məlumatların çıxmasına yönəldir.

Yazılardakı "məlumatlar" mütləq şəkildə həqiqətə uyğun deyil və neytrallıq statusu BMT Baş Assambleyasının xüsusi Qətnaməsi ilə rəsmi şəkildə möhkəmləndirilən Türkmənistanın yüksək beynəlxalq nüfuzuna zərbə vurmaq üçün edilən kobud cəhddir, - XİN yazır.

Türkmənistan Əfqanıstan və İranla həmsərhəddir. NATO qüvvəllərinin "Taliban" hərəkatına qarşı hərbi əməliyyatları başlayan dövrdə rəsmi Aşqabad hərbi-strateji təyinatlı yüklər üçün nəqliyyat dəhlizi təqdim etməkdən qəti şəkildə imtina edib. Yalnız humanitar yüklər üçün istisnalar edilib.

Bu günlərdə ölkədə son illərdə mahiyyəti dəyişməz qalan hərbi doktrina təsdiqlənib. Onun mahiyyəti - müdafiə kafiliyi, müsbət neytrallıq siyasəti və hərbi-siyasi bloklarda iştirakdan imtinadır.

Türkmənistan XİN xatırladır ki, ölkə Konstitusiyası, "Türkmənistanın daimi neytrallığı" Qanunu, "Neytral dövlət kimi Türkmənistanın xarici siyasət konsepsiyası", "Müstəqil, daim neytral Türkmənistanın hərbi doktrinası"na müvafiq olaraq respublika hərbi ittifaq və bloklara daxil olmur, öz ərazisində əcbəni dövlətlərin hərbi bazalarını yerləşdirmir.

"Bundan çıxış edərək, türkmən tərəfi belə növ məlumatların peyda olmasını yolverilməz hesab edir və əmin olduğunu bildirir ki, gələcəkdə bütün qanuni tədbirlərdən istifadə etməklə, Türkmənistanın digər dövlətlərlə münasibətlərinin müsbət inkişafına zərbə vurmaq məqsədi daşıyan belə böhtanların qarşısı alınacaq", - press-relizdə deyilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti