Azərbaycan, Naxçıvan, 2 fevral / Trend , müxbir E.Məmmədov / "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən aviareyslərin uçuşunda yaranan fasilə aradan qaldırılıb.
Naxçıvan Beynəlxalq Hava Limanından Trend a verilən məlumata görə, yanvarın 31-i axşam saatlarından etibarən Naxçıvanda müşahidə olunan dumanlı hava səbəbindən uçuşlar təxirə salınmışdı. Dumanlı hava fevralın ilk günündə də davam etdiyindən dünən də Naxçıvan Beynəlxalq Hava Limanı təyyarə qəbul edə bilməmişdi.
Hava limanından bildiriblər ki, hava şəraiti normallaşması səbəbindən aviareyslərin bərpası bu günün ilk saatlarında bərpa olunub. Belə ki, fevral ayının 2-si gecə saatlarında havadakı dumanın dağılması nəticəsində 00-30-da Bakı-Naxçıvan-Bakı aviamarşrutu ilə hərəkət edən təyyarələrin qəbuluna yenidən başlanılıb.