...

Leyboristlər Gürcüstan prezidentini və ailəsini yarım milyard larinin xərclənməsində ittiham edir

Siyasət Materials 11 Fevral 2009 17:18 (UTC +04:00)

Gürcüstan, Тbilisi, 11 fevral / Trend , müxbir N.Kirsxaliya/ Gürcüstanın Leyboristlər partiyası ölkə prezidenti Mixail Saakaşvili və onun ailəsinin səyahətlərə xərclədiyi pulun miqdarını açıqlayıb.

"Yalnız  2007-2008-ci illərdə dövlət başçısı və ailəsi səyahətlərə yarım milyard lari xərcləyib", - bugünkü mətbuat konfransında partiyanın baş katibi İoseb Şatberaşili çıxışında bildirib.

"Ölkədə bu qədər qaçqının aclıq çəkdiyi bir zamanda  Saakaşvilinin ailəsi dekabrın 25-dən başlayaraq yanvarın sonuna kimi səyahətdə olub. Onlar Saxarada, həmçinin Afrika kontingentinin sualtı gəmisində də olub. Lakin prezident bununla kifayətlənməyib və həftədə iki dəfə  Fransanın ən bahalı mehmanxanasında qalır", - leyboristlər əminliklə bildiriblər.

Məqalənin müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti