Azərbaycan, Bakı, 11 fevral/ Trend , müxbir U.Sadıxova/ İsrail milli höküməti "Likud" partiyasının rəhbərliyi tərəfindən formalaşdırılarsa fələstin-israil danışıqlarına və İsrailin xarici siyasətinə güclü zərbə endirilə bilər.
"Əgər hökümətə sağ blok rəhbərlitk etsə ciddi problemlər gözləniləcək, çünki o fələstinlilərlə sülh danışıqları prosesini dayandıracaq", Trend a telefonla Xayfı universitetinin professoru Amatsiya Baram deyib.
"Bu halda İsrail ABŞ tərəfindən xarici siyasətdən təcrid olunacaq", o dedi.
Knesetə vaxtından əvvəl keçirilən seçkilərdə "Kadima" partiyası başda xarici işlər naziri Sipi Livni olmaqla qalib gəlib.
Onun partiyası Knesetdə 120 yerdən 28 yer alıb və bununla Benyami Netanyahunun "Likud" partiyasıını bir pilə qabaqlayıb.
Bu iki partiyadan heç biri hökümətin formalaşdırılmasına gərək olan parlamentdə 61 yeri tuta bilməyib.
Üçüncü yeri Aviqdor Libermanın başçılıq etdiyi "İsrail-Bizim evdir" ultromillətçi partiya tutub, o parlamentdə 15 yer alıb.
Seçkilərin yekun nəticələri elan olunduqdan sonra "Kadima" və "Likud" öz aralarında və ya kiçik fraksiyalarla koalisiya formalaşdırılmalıdılar.
"Likud" "Kadima"dan fərqli olaraq fələstinlilərlə danışıqda sərt mövqe tutur. Partiya danışıqlara son qoymağa və bütün fələstin qruplarının məhv edilməsi mövqeyindən çıxış edir.
Seçkiqabağı kampaniya zamanı Netanyahu HƏMASın tam məhv edilməsi və fələstin ərazilərinin radikal qruplardan təmizlənməsi təşəbbüsü ilə çıxış etmişdir.
"Maarif" nəşri hökümətin formalaşdırılması zamanı Netanyohonun qalib gəlməsi barədə məqalə dərcə edib. "Livni döyüşdə qalib gəlib, lakin müharibəni uduza bilər", İsrail qəzeti yazır.
İsrail-fələstin danışıqlar prosesinin gələcxəyi və İsrailin təhlükəsizliyinin təmini məsələləri seçkilərin ən vacib mövzuları olmuşdur.
Fələstin administrasiyasının başçısı Mahmud Abbas bildirib ki, "İsraildə keçirilən seçkilərdən kimin qalib gəlməsindən asılı olmayaraq fələstinlilər sülh danışıqlarını davam etdirməyə hazırdılar", "Maan" agentliyi xəbər verir.
Fələstinlilərin blokadasının və danışıqların dayandırılmasının tərəfdarı olan sağ qanadın güclənməsi, sülh danışıqlarının pisləşməsinə gətirib çıxara bilər, fələstinli analitik Məcid al-Zir (Majeed al-Zeer) hesab edir.
"Qəzza Zolağına edilən hücumdan sonra israillilər fələstinlilərlə danışıqların əlehinə çıxış edən partiyalara tərəf çıxış edirlər", telefonla Londondan "Al-Auda" fələstin mərkəzinin rəhbəri al-Zir deyib.
Al-Zir hesab edir ki, fələstinlilərin "Kadima" ilə danışıqlarında irəlləyişin olmamasına baxmayaraq Netanyaxu ümumiyyətlə fələstinlilərin fikirinə qulaq asmayacaq və onların tələbini yerinə yetirməyəcək.
Bir sıra yerli analitikin fikirincə, İsraildə sağ blokun dəstəyi ilə yeni hökümətin formalaşdırılması İsrailin daxili siyasətinə müsbət təsir göstərəcək.
"Likud" lideri Netanyaxu deyib ki, fələstinlilərin və israililərin məsələsi siyasi yox, iqtisadi nöqteyi nəzərdən həll edilməlidir.
"Netanyahu yalnız İoradan çayının qərb sahilində yaşayışın yaxşılaşdırılmasını təklif edə bilər, bu isə ərəbləri qane etməyəcək", Baram deyib.
Fələstinlilər ABŞ-nın regionda siyasətində helə ciddi dəyişiklərin olmasını gözləmirlər. Lakin Barak Obama sülh prosesinin dondurulmasını istəməyəcək, Yaxın Şərq üzrə beynəlxalq informasiya mərkəzinin başçısı Corc Rişmavi hesab edir.
"Sağ israillilərin mövqeləri İsrail və ABŞ əlaqələrini pisləşdirə bilər", telefonla Vifleemdən Trend a Rişmavi deyib. - Buna görə, Obama dəyişikliklər istəsə sağ qanada təziq göstərə bilər.
Al-Zir hesab edir ki, əgər ABŞ və Aİ fələstin-israil danışıq prosesində dəyişiklərin istədiyi zaman İsrailin yeni hökümətinə təziq göstərə bilər.
İsraildə növbədən kənar sekilərin keçirilməsi zərurəti keçən ilin oktyabr ayında yaranmışdır. Onda korrupsiyada günahlandırılan baş nazir Ehud Olmert istefaya verməli olmuşdur. "Kadima" partiyasının daxilində keçirilən seçkilərdə Sipi Livni qalib gəlmişdir. Lakin "ŞAS" partiyası yeni hökümət koalisiyasına daxil olmaqdan imtina etmişdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]