İsrailin baş naziri Exud Olmert hökümətin bazar günü keçirilən iclasında yeni aparıcı koalisiyanın formalaşdırılmasına verdiyi razılığa görə Benyamin Netanyaxonu alqışladı və ona uğurlar arzuladı, News.ru xəbər verir.
Exud Olmert vurğuladı ki, yeni hökümət tez bir vaxtda formalaşdırılmalıdır.
"Təhlükəsizlik, iqtisadiyyat və sosial baxımından çətinliklərə qalib gəlmək üçün, ölkənin stabil koalisiyaya ehtiyacı var", Olmert deyib.
Bu axşam "Likud" partiyasının lideri Benyamin Netanyaxu "Kadima" partiyasının lideri Sipi Livni ilə görüşəcək.