...

Azərbaycanda daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə imtahan keçiriləcək

Siyasət Materials 26 Fevral 2009 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 27-də daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. İmtahanda iştirak etmək üçün 77 nəfərin namizədliyi qeydə alınıb.

Müsabiqə cinayət axtarış üzrə əməliyyat müvəkkili (Astara, Ağstafa, Balakən, Goranboy, Hacıqabul, Neftçala, Salyan, Şəki, Yardımlı, Zərdab şəhər-rayon polis şöbələri), polis sahə inspektoru (Astara (3), Balakən, Biləsuvar (3), Beyləqan, Cəlilabad (3), Gədəbəy (2), Göygöl, Xızı, Qusar, Lerik (5), Naftalan, Şəki (2), Tovuz (2), Zərdab şəhər-rayon polis şöbələri), yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor (Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ Biləcəri st. XPŞ-nin Keşlə st. XPB, Bakı şəhəri Yasamal və Sabunçu, Astara, Beyləqan, Dəvəçi, Goranboy, Neftçala, Oğuz, Salyan, Şəmkir, Tovuz, Yardımlı rayon polis idarə və şöbələri) vəzifələri üzrə aparılacaq, - cümə axşamı TQDK-nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.       

Məlumata əsasən, imtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Onlardan 80 sual ali hüquq təhsili proqramına, daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə və insan hüquq və azadlıqlarına dair beynəlxalq normalara aid sahələri, 20 sual isə namizədlərin məntiqi-təfəkkürünü yoxlayan suallar olacaq. 

Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düz cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaqlar. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti