...

Rusiya sərhədini keçən Azərbaycan vətəndaşından narkotik maddə götürülüb

Siyasət Materials 27 Fevral 2009 12:04 (UTC +04:00)

Dağıstan Respublikasının gömrük işçiləri cümə axşamı gecə dövlət sərhədini keçən Azərbaycan vətəndaşının üzərindən 159 kiloqram həşiş götürüblər. Bu barədə cümə günü RİA Novosti-yə Dağıstan Gömrük İdarəsinin mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

"Həşiş cümə axşamı gecə Yaraq-Qazmalar sərhəd buraxılış məntəqəsində Azərbaycan vətəndaşına məxsus, texnoloji maddələrin daşındığı avtomobildə aşkar edilib. Hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndi (qaçaqmalçılıq) üzrə cinayət işinin qaldırılması üçün material toplanılır", - deyə agentliyin həmsöhbəti bildirib.

Xəbər lenti

Xəbər lenti