...

ABŞ-ın yeni administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır – səfir

Siyasət Materials 4 Mart 2009 16:19 (UTC +04:00)
ABŞ-ın yeni administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır – səfir

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir E.Rüstəmov / ABŞ-ın yeni administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu barədə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Dersi bildrib ki, Qarabağ Azərbaycanın ağır problemidir və ABŞ bunu qəbul edir və bu problemi həll etməkdə Azərbaycana kömək etmək istəyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Səfir hesab edir ki, yalnız Ermənistan və Azərbaycan sülhə nail ola bilər, biz isə bu ölkələrə kömək edə bilərik.

Onun sözlərinə görə, münaqişənin həllinin ABŞ və Rusiyadan asılı olmasına dair səsləndirilən bəzi ifadələr düzgün deyil. "Bu belə deyil", - deyə Dersi bildirib.

2008-ci ilin noyabrında ABŞ-da prezident seçkisi keçirilib və Demokratlar partiyasından olan namizəd Barak Obama Birləşmiş Ştatların yeni prezidenti olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti