...

Rusiya və Avropa ayrı ayrılıqda mövcud ola bilməzlər - aparıcı avropalı analitik

Siyasət Materials 14 Mart 2009 09:24 (UTC +04:00)
Rusiya və Avropa ayrı ayrılıqda mövcud ola bilməzlər - aparıcı avropalı analitik

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir Y.Ostapenko /

Avropa və Rusiya bir-biri ilə bağlıdırlar, elə buna görə də Rusiyanın Avropa Şurasında fəaliyyətinin dayandırılması az inandırıcıdır. Aparıcı avropalı siyasi analitiklərdən biri Silven Şara belə hesab edir (Sylvain Charat).  

"Rusiyaya Avropa lazımdır, həmçinin də Avropa üçün Rusiya mühümdür", - Trend -a elektron ünvan vasitəsi ilə Parisdə "Charat Consulting"  analitik mərkəzinin direktoru Şara deyib.

Rusiyanın Avropa Şurasında üzvlüyünün dayandırılmasına səbəb, bu ölkənin öhdəçiliyinə rəğmən hələ də iddialara tezliklə baxmağa imkan verən insan haqları üzrə Avropa konvensiyasına 14-cü protokolu ratifikasiya etməməsidir. Beləliklə, Rusiya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) islahat olunması prosesini iflic edir.

Strasburq məhkəməsinin başçısı Jan-Pol Kosta ilin əvvəlində etiraf etdi ki, Rusiya və Avropa Şurası arasında münasibətlər kritikdir. AİHM-in rusiyalı hakimi Anatoliy Kovler bu yaxınlarda elan edib ki, əgər Rusiya yaxın yarım ildə Strasburq məhkəməsinin qərarlarının yerinə yetirilməməsi üzrə "sistemli problemi" aradan qaldırmazsa, bu onun Avropa Şurasında üzvlüyünün dayandırılması ilə nəticələnə bilər. Bu barədə "Kommersant" xəbər verib.   

"Rusiyanın Avropa institutlarında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələr yaratmasına imkan vermək Avropanın marağında deyil", - Şara hesab edir. O cümlədən də Rusiyanın Avropa məkanından getmək marağı yoxdur. Belə ki, tarixən və mədəni cəhətdən Rusiya Avropa sivilizasiyasının bir hissəsidir.

O, hesab edir ki, özünün dünyanın aparıcı dövlət statusunu geri qaytarmaq səylərində Rusiya, insan haqları məsələsini nəzərdən keçirməyə və onu öz siyasətinə əlavə etməyə məcburdur.
Rusiyanın Avropa Şurasında statusu yaxın zamanlarda təşkilatın baş katibinin seçkilərinin keçirilməsi ilə bağlı daha aktualdır. Hazırki baş katib, britaniyalı Terri Devisin səlahiyyətləri iyul ayında bitir.  

Keçən həftənin sonunda Avropa Şurası baş katibi postuna namizədliklərin irəli sürülməsi prosesi bitdi. Namizəd kimi Polşanın keçmiş baş naziri Vlodzimeş Çimoşeviç, Norveçin keçmiş baş naziri Torbyorn Yaqland, Flandriyanın (Belçika) keçmiş hökumət başçısı Lük van den Brande və Macarıstan parlamentinin deputatı Matiaş Yorşi elan olunublar, - "Kommersant" xəbər verib. Avropa Şurası tərəfindən rəsmi olaraq namizədlərin adları elan olunmayıb.
Rusiya üçün bu seçkilər prinsipial əhəmiyyət kəsb edir. Belə ki, baş katibin vacib missiyalarından biri Moskva ilə əlaqələrin qurulmasıdır.

Qarşılıqlı maraq doğuran əlaqələrin qorunması üçün baş katib vəzifəsinə Şara, topladıqları təcrübəyə görə Çimoşeviç və Yaqlandın namizədliklərini ən yaxşı kimi qiymətləndirir: hər ikisi öz ölkələrində Baş nazir və xarici işlər naziri postlarını tutublar. "Onların təcrübəsi Rusiya ilə bağlı qarşıda duran vəzifələrlin həllinə yardımçı olacaq", - Şara hesab edir.
Bundan başqa 2005-ci ildə Lüksemburqun Baş naziri Jan-Klod Yunker Avropa Şurasında islahat məruzəsində bundan sonra baş katib vəzifəsinə yalnız öz vətənlərində dövlət və ya hökumət başçısı kimi çalışmış görkəmli siyasətçıləri seçmək təklifini verib.

Şara hesab edir ki, Çimoşeviç ən yaxşı variant ola bilməz. "Polşa SSRİ-nin satelliti olub. Bu gün də, xüsusən 1999-cu ildə Polşa NATO-ya üzv olduqdan sonra iki ölkə arasında münasibətlər gərgindir".

"Amma Çimoşeviçin namizədliyi Birləşmiş Ştatlarla sıx əlaqə yaratmaq, Avropanı Qərbə tərəf yönəltmək üçün sərfəlidir", -  Şara hesab edir. "Bu Rusiya ilə bağlı məsələlərin həlli üçün yaxşı variant deyildir", - Şara deyib.   

Rusiya ilə real iş təcrübəsinə əsasən, Avropa Şurası baş katibi vəzifəsinə ən yaxşı namizəd kimi Şara Yaqlandı görür. Onun sözlərinə əsasən, Yaqland Rusiya ilə əməkdaşlığı və tərəfdaşlığı mükəmməlləşdirirdi və "soyuq müharibədən" sonra yaranan problemləri həll etməyə çalışırdı.

Namizəddə vacib keyfiyyət kimi Şara insan haqlarına hörmətin olmasını qeyd edib və bildirib ki, Yaqland Osloda sülh və insan haqları məsələləri üzrə mərkəzin direktorlar şurasının üzvüdür.  
"Yaqlandın insan haqlarına və qanunun aliliyinə hörməti və onun Rusiya ilə danışıqlar aparma təcrübəsi onu Avropa Şurası baş katibi postuna ən yaxşı namizəd edir", - Şara deyib.

O, hesab edir ki, hazırki dünyada Avropanın təsirini reallıqdan çıxış edərək nəzərdən keçirmək lazımdır. "Avropa istər Avropa Şurası, istər Avropa Birliyi qismində böyük çəkiyə malik deyil", - Şara bildirib. O qeyd edib ki, Avropanın özünəməxsus mənəvi və etik hakimiyyəti olmasına baxmayaraq, iddialarının həyata keçirilməsi üçün vasitəsi yoxdur. Bu da öz növbəsində Rusiya ilə danışıqları vacib edir.

"Misal üçün Rusiyanın güclü hərbi qüvvəsi olduğu halda, Avropa Birliyinin ordusu yoxdur", - Şara əlavə edib.
"Bu, Avropa Şurasının və Avropa Birliyinin real zəifliyidir. Çünki bu təşkilatlar danışıqlar aparmağa məcburdurlar və heç də hər zaman danışıqların pozulması riskinə gedə bilmirlər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti