...

Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarında tərəqqi var - həmsədr

Siyasət Materials 14 Mart 2009 21:15 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarında tərəqqi var - həmsədr

Gürcüstan, Tbilisi, 14 mart / Trend müxbir N.Kirtsxalia/ ABŞ dövlət katibi müavininin köməkçisi, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan prezidentləri arasındakı danışıqlarda tərəqqinin müşahidə edildiyini önə çəkib. "Hesab edirəm ki, ötən ilin noyabrında və yanvarda Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşlərdən sonra tərəqqi var" - deyə o jurnalistlərə Tbilisidə deyib.
 "Bu, həmin görüşlər və söhbətlərdən sonra gəldiyim bir gənaətdir",- deyə Brayza vurğulayıb.
"Yeni çağırışlarla bağlı müəyyən fikir ayrılıqları var. Tərəflər bu məsələlərlə bağlı ümumi rəyə gələ bilməyiblər, lakin bununla belə tərəqqi var", - deyə diplomat bildirib.
Brayza qeyd edib ki, həmsədrlər çalışırlar və artıq İlham Əliyevlə Serj Sarkisyan arasındakı yeni görüşlə bağlı prinsipial anlaşma əldə edilib. "Bu görüş mayın 7-də Avropa Birliyinin Praqadakı sammiti çərçivəsində baş tutacaq", - deyən həmsədr bu görüşlərin böyük praktiki əhəmiyyətə malik olduğunu vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti