...

İranla Türkiyənin yaxınlaşması Yaxın Şərqin ərəb ölkələrinə sərf etmir

Siyasət Materials 16 Mart 2009 02:43 (UTC +04:00)

Azərbaycan, Bakı 16 mart / Trend müxbir Ü. Sadığova/

Türkiyə ilə İran arasında münasibətlərin inkişafı Yaxın Şərqdə siyasi münasibətlərin  Ankaranın rolunun artmasına xidmət edəcək ki, bu da regionda ərəb ölkələrinin təcridinə gətirib çıxar bilər.

"İslam siyasətinə meyllənən Türkiyə rəhbərliyi, özünü Yaxın Şərqdə yeni "osmanlının" nümayəndəsi hesab edir". Bunu telefonla Trend -a Londondan İrak inkişaf və demokratiya fondunun rəhbəri Həssən Ətiyyə (Ghassan al-Attiyyah) deyib. "Türkiyə ilə İranın münasibətləri nəinki Avropada, Yaxın Şərqdə də ona perspektiv verir".  

Bu həftə Tehranda İqtisadi əməkdaşlıq Təşkilatının sammitində prezident Abdulla Gül bəyan etdi ki, "İrana müvcud olan fikir ayrılıqlarını həll etməyə və beynəlxalq təcriddən çixmağa yardım edə bilər", Əl-Cəzirənin saytı xəbər verir.  

ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə keçən həftə səfəri zamanı türkitə televiziyasına bəyan etdi ki, Vaşinqton Ankaranı Tehran ilə danışıqlarda vasitəçi kimi görmək istəyir.

Amma bazar günü Türkiyə Xarici İşlər naziri Əli Babacan dedi ki, Ankara vasitəçi olmaq üçün rəsmi təklif almayıb, buna baxmayaraq bu rolu yerinə yetirməyə hazırdır, - CNN TÜRK xəbər verdi.

Müşahidəçilər hesab edirlər ki, Ankara İran-Qərb problemlərində vasitəçi olmaqla Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək istəyir.  

Middle East Report jurnalının keçmiş baş redaktoru Maina Rabbaninin (Mouin Rabbani) fikrincə Türkiyə öz qarşısında regionda ərəb ölkələri və İranla ABŞ və qərb yönlü ərəb ölkələrinin mövqelərindən fərqli olan yeni münasibətlər qurmaq vəzifəsini qoyub.

Türkiyənin mövqeyi Fələstin probleminin həllində özünü artıq göstərir.

"HƏMAS-ın Fələstin siyasətində iştirak hüququnun tanınması türk mövqeyinin digər ölkələrin mövqeyindən fərqləndiyini göstərir", - telefonla Əmmandan Trend -a Rabbani deyib.

Misir, Səudiyyə Ərəbistanı, İordaniya kimi bir çox ərəb ölkələri HƏMAS-ın İsrailə müqavimət siyasətinə qarşı çıxırlar.

Ətiyyənin fikrincə Türkiyənin Yaxın Şərqd ölkələri ilə münasibətlərin inkişafında perspektivi Avropa Birliyi ölkələri ilə münasibətlərin inkişafı perspektivindən daha çoxdur.

"Türkiyə anlayır ki, Avropa Birliyi heç zaman Ankaranı bərabər tərəfdaş kimi qəbul etməyəcək, ona görə də hakim  ƏİP [Ədalət və İnkişaf Partiyası] Yaxın Şərqə üz tutub", - dedi Ətiyyə.

Türkiyə NATO-nun Təhlükəsizlik Şurasının üzvüdür və 2004-cü ildə Aropa komissiyası bu ölkə ilə Avropa Birliyinə qəbul üçün danışıqlara başladı.

Türk-Avropa münasibətlərini Tükiyənin, 2004-cü ilin mayında Avropa Birliyinə üzv olmuş, Kipr Respublikasını tanlmaması mürəkkəbləşdirir. 1974-cü ildə Aralıq dənizindəki ada faktiki olaraq türk və yunan hissələrinə bölündü. Kipr Respublikası və beynəlxalq aləm tərəfindən tanınmayan Şimali Kipr Türk Respublikası yarandl.

Keçən il Türkiyə birbaşa olmayan Suriya-İsrail danışıqlarında vasitəçi kimi çıxış etdi, lakin dekabrda-yanvarda Qəza sektoruna İsrailin hücumundan sonra, Dəməşq dialoqu dayandirdi.   

Ətiyyənin fikrincə Türkiyənin üstünlüyü regioanla münaqişə və mübahisələrdən asılıq olmayaraq, bütün Yaxın Şərq ölkələri ilə isti münasibətlər qurmasındadsır.

Türkiyə İsraillə hərbi və strateji müttəfiq olan yeganə müsəlman dövlətidir. Bununla bərabər o ərəb ölkələri ilə də yaxşı əlaqələri var.

Lakin, müşahidəçilər hesab edirlər ki, Türkiyənin İranla yaxınlaşması ərəb dünyası ilə münasibətlərinə mənfi təsir göstərə bilər.   

Yaxın Şərq üzrə aparıcı türk analitiki Mustafa Özcan hesab edir ki, Ankara ilə Tehranın yaxınlaşması ərəb ölkələrinin regionun problemlərinin həllində rolunu azalda bilər.  

"Xüsusilə bu ərəb-israil danışıqlarına təsir göstərə bilər. Beləki bu ərəblərlə İsrail arasında əvvəlki razılaşmaları məhv edə bilər", - Trend -a telefonla İstambuldan Özcan dedi. Buna görə onlar bu yaxınlaşmaya müqavimət göstərəcəklər.

İran Livanın bəzi Avropa ölkələrində və ABŞ-da terrorist qruplaşması kimi tanıdığı şiə qruplaşması Hibullanı dəstəkləyir.Hizbulla və Livanın sünni hökümıti arasında dəfələrlə qarşıdurmalar olub ki, bunlar da vəvtəndaş müharibəsinə gətirib çıxarıb. Səudiyyə Ərəbistanı və Misir kimi bəzi sünni ərəb ölkələri Hizbullanın Livanın siyasətində iştirak hüququnu tanımırlar.

Cümə günü Hizbullanın lideri Həsən Nəsrullah qruplaşmanın Əl-Manar televiziyası ilə çıxışında Türkiyə və İranı "münasibətlərin yaxınlaşmasını sürətləndirməyə" çağırıb, - Əl-Cəzirənin saytı xəbər verir.  

Lakin İran-Türkiyə münasibətləri üzrə iranlı ekspert Əhməd Cansız hesab edir ki, Türkiyə ilə yaxınlaşma İrana mövqelərini möhkəmləndirməyə kömək etsə belə, bu qonşu ərəb ölkələrinin təcrid olunması demək deyildir.
 
"İran üçün öz maraqlarından çəkilməmək şərti ilə qonşu ölkələrlə dost əlaqələri saxlamaq vacibdir", Tehrandan telefon vasitəsilə Trend -a Cansız bildirdi.

İordaniyalı analitik Rabbaninin fikrincə, ərəb ölkələrinin siyasi təcrid olunması mümkünlüyü, Türkiyə mövqeyinin ərəb mövqelərinə ziddiyəti ilə seçildiyi Qəzzada münaqişənin həlli zamanı nümayiş etdirildi.   

Türkiyə və İran Qəzzada atəşin dayandırılması üzrə Qətərdə yanvarda keçirilən sammitdə iştirak etdilər. Lakin Misir və Səudiyyə Ərəbistanı konfransda iştirak etmirdilər.

"Bu Türkiyə mövqeyinin Səudiyyə Ərəbistanı kimi ənənəvi ərəb ölkələrinin mövqeyi ilə üst-üstə düşməməsini nümayiş etdirdi, - dedi Rabbani. - Elə buna görə ərəb ölkələri ərəb mövqeyinin regionda möhkəmlənməsinə çalışacaqlar".

Lakin Türkiyə ilə İranın yaxınlaşması prossesi tez baş tutmayacaq. Çünki İran İsraillə münasibətdə prinsipləırindən imtina etmək fikrində deyil, türkiyəli politoloq Özcan hesab edir.  

Əgər Türkiyə İran ilə regionda alyans yaratsa, belə halda bu onun Avropa və ABŞ ilə strateji əməkdaşlığına son qoyacaq.  

Elə buna görə, Ətiyyənin fikrincə Türkiyə regionda təhlükəsizliyin artırılması üçün İran siyasətinin yumşalmasına çalışacaq.

Əgər İranın siyasətində yumşalma olarsa, bu İrakda vəziyyəti də yaxşılaşdır bilər, - o hesab edir.

"Hələlik isə Türkiyə İranla ərəb ölkələri arasında pəncərə aça biləcək yeganə dövlətdir", - Ətiyyə əlavə etdi.   

Türkiyə Pakistan və Əfqanıstab arasında ərazi mübahisələrinin həlli məsələsində, həmçinində HƏMAS və İsrail arasında Qəzza bölgəsində atəşin dayandırılması üçün vasitəçi kimi iştirak edir.

Məqalənin hazırlanmasında T.Cəfərov, R.Hafizoğlu iştirak ediblər.  

Xəbər lenti

Xəbər lenti