...

Azərbaycan MSK-nın sədri seçki bülletenlərinin qarışıq hazırlanması ilə bağlı Venesiya Komissiyasının rəyini qərəzli hesab edir

Siyasət Materials 17 Mart 2009 13:27 (UTC +04:00)
Azərbaycan MSK-nın sədri seçki bülletenlərinin qarışıq hazırlanması ilə bağlı Venesiya Komissiyasının rəyini qərəzli hesab edir

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda keçiriləcək referendumla bağlı seçki bülletenlərinin qarışıq hazırlanması ilə bağlı Venesiya Komissiyasının rəyi qərəzli informasiyadır, Trend -un məlumatına görə, çərşənbə axşamı referenduma hazırlıqla bağlı keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

"Seçki bülletenlərində heç bir qarışıqlıq yoxdur. Beynəlxalq təşkilatların yanaşması belədir, onlar əvvəllər seçici siyahılarına irad tuturdular. İndi də seçki bülletenlərinə irad tuturlar", - Pənahov deyib.

Trend -un arayışı: Avropa Şurasının Venesiya Komissiyası martın 16-da referendumla bağlı rəyini açıqlayıb. Həmin rəydə seçki bülletenlərinin qarışıq hazırlandığı qeyd olunub.

Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Referendumu izləmək üçün 172 xarici müşahidəçi qeydə alınıb. Qeydə alınan 47 min 66 yerli müşahidəçidən 2148-i ölkə üzrə referendumu izləyəcək. Referendumu 20 xarici KİV -Röyter, Frans-Press, Anadolu, İhlas informasiya agentlikləri, Əl-Cəzirə, TRT telekanalları, "Le Fiqaro" qəzeti, EPA agentliyi, BBC və digərləri izləyəcək. MSK sədri deyib ki, referendumla bağlı xarici ölkə səfirliklərində 35 məntəqə yaradılıb.

Azərbaycanda 125 Dairə Seçki Komissiyası və 5367 məntəqə mövcuddur. 4 mln. 897 min 966 seçici qeydə alınıb.

Pənahov deyib ki, referendumda gözdən əlillər iştirak edə bilməyəcək. Çünki seçki bülletenlərinin formatı böyük olduğundan, onun trafaretini hazırlamaq mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti