...

Azərbaycanda referendumda iştirak edən seçicilərin 3,2 faizi saat 11:30-a olan məlumata görə, "exit-poll"dan imtina edib

Siyasət Materials 18 Mart 2009 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Ş.Cavadsoy /

Azərbaycanda referendumda iştirak edən seçicilərin 3,2 faizi saat 11:30-a olan məlumata görə, "exit-poll"dan imtina edib, Trend -a "exit-poll" (alternativ səsvermənin aparılması) aparan ELS Araşdırma Mərkəzinin Seçki Qərargahından məlumat verilib.

ELS Araşdırma Mərkəzi və Azərbaycanda Vətəndaş İnkişafına Yardım Assosasiyası (AVCİYA) referendumda "exit-poll" aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınıblar.

Hər iki qeyri-hökumət təşkilatı 118 seçki dairəsinin 800 məntəqəsində "exit-poll" aparır. Hər məntəqədə "exit-poll" iki nəfər tərəfindən həyata keçirilir.

Çərşənbə günü Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti