...

Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendum şəffaf keçir – fransalı parlamentari

Siyasət Materials 18 Mart 2009 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir V.Javoronkova /

Fransa parlamentinin üzvü Jak Leqen hesab edir ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendum şəffaf keçir.

"Mən iki seçki məntəqəsinə baş çəkdim. Hər şey həqiqətən şəffaf keçir və heç bir problem yoxdur", - deyə Trend -a Leqen bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti