...

Belarusun Cənibi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyacağı az ehtimallıdır - Finlyandiya beynəlxalq münasibətlər institutunun Rusiya proqramı direktoru

Siyasət Materials 19 Mart 2009 09:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend   Y.Ostapenko/

Rusiya və Belarus arasında münasibətlər vacib olsalar da, Minsk Gürcüstandan ayrılmış bölgələr olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanımayacaq, beləki Avropa Birliyi ilə siyasi balans saxlamağa çalışır. Belə aparıcı Avropalı analitik Arkadiy Moşes hesab edir (Arkady Moshes).

"Rəsmi Minsk həm Rusiya, həm də AB ilə diplomatik oyun oynayıq", Trend -a Helsinkidən telefonla Finlyandiya beynəlxalq münasibətlər institutunun "Rusiya regional və qlobal kontekstdə" proqramının direktoru Moşes deyib.

Avropa Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Brüsseldə bazar ertəsi günü iclasda Belarus prezidenti Aleksandr Lukaşenkonun avropa ölkələrinə girişinə icazəni daha doqquz ay müddətinə artırmaq barədə qərara gəliblər. Bu o deməkdir ki, dövlət başçısı və daha 36 belarus məmurları minimal olaraq doqquz ay AB istənilən 27 ölkəsinə səfər edə bilərlər.

ABŞ-da "sonuncu avropalı diktator" adlandırılan Lukaşenkoya, 2006-cı ildə birləşmiş Avropaya girişdə imtina edilmişdi. Avropa ABŞ-lıa birlikdə prezident seçkilərinin nləticələrini saxtalaşdırmaqda ittiham edir. Keçən il AB belarus hakimiyyəti siyasi məhbusları azad etdikdən sonra viza qadağasını aradan qaldırdı.

"Lukaşenko ustalıqla balanslaşdırılmış siyasət aparır, Belarus daxili və xarici siyasət üzrə ixtisaslaşan Moşes dedi. - Çətin ki, belə bir balans davam etsin"
Moşes hesab etmir ki, Lukaşenko Cənubi Osetiya və Abxaziyanə tanımaq niyyətindədir. Belarus prezidentinin bunu etmək üşün səkkiz ayı var idi, Moşes hesab edir, amma Minsk indiya qədər bu qurumların müstəqilliklərini tanımayıb.

"Minskin Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanımaqdan imtina etməsi Moskva üçün bir növ sürpriz oldu. Dedi Moşes.- Lakin hal-hazırda bu məsələ əvvəlki qədər problemli deyil, münki elə də çox ölkə Rusiyanın nümunəsi əsasında Cənubi Osetiya və Abxaziyanı tanımadı".

Gürcüstanın iki regionunun müstəqillik elan etməsi nəticəsində Gürcüstan və bu iki regionu dəstəkləyən Rusiya arasında silahlı qarşıdurma baş verdi. Rusiya onların müstəqilliklərini tanıdı və senyabrın 9-da diplomatik münasibətlər qurdu. Rusiyadan başqa bu qurumların müstəqilliklərini yalnız Nikaraqua tanıdı.

Moskva çalışır ki, Gürcüstanın iki regionunu öz ənənəvi maraq dairəsi hesab etdiyi Belarus da tanısın. Kreml belarus hökümətinə iki milliard dollar kredit verdikdən sonra, gözləyirdi ki, Minsk
Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyacaq.  

Lakin Moşes hesab edir ki, gələcəkdə Belarusun Avropa ilə yaxınlaşma ehtimalı daha böyükdür, nəinki Rusiya ilə. Şərqi Avropa ölkələri ilə Avropa Birliyi arasında qarşılıqlı əlaqələrin vacibliyi daha da artıq.

Xəbər lenti

Xəbər lenti