...

Etiraz aksiyası təşkilatçıları Tbilisi Meriyasına ərizə veriblər

Siyasət Materials 3 Aprel 2009 20:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 aprel / Trend , müxbir N.Kirtsxaliya /

9 aprel etiraz aksiyası təşkilat komitəsinin nümayəndələri Tbilisi Meriyasına ərizə veriblər. Təşkilat qərargahı adından Meriyaya müxalifət liderləri Kaxi Kukava və Koki Qunçaidzenin imzası ilə ərizə verilib. 

Aksiya aprelin 4-də saat 14:00-da bir neçə yerdə, xüsusilə parlament binası, ictimai yayım binası qarşısında, "Avlabari" metro stansiyası, Dövlət Universiteti və "Avlabari" Prezident iqamətgahı qarşısında keçiriləcək.

Bu barədə mühafizəkar partiyadan bildirblər. "Şavnabada" iqamətgahı istiqamətindəki yol da bağlanacaq.

"Aksiyalar Mixail Saakaşvili istefa verənə kimi davam edəcək. 9 aprel aksiyasında 150 min nəfərin iştirakı gözlənilir", - deyə müxalifətçilər bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti