...

Tbilisidə bir gecə ərzində dövlət məmuru və müxalifətçi naməlum şəxslər tərəfindən döyülüb

Siyasət Materials 6 Aprel 2009 14:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Demokrat hərəkat - vahid Gürcüstan" təşkilatının fəalı Kaxa Xadolişvili dünən gec saatlarda Tbilisidə, Poniçala qəsəbəsi yaxınlığında naməlum şəxslər tərəfindən amansızcasına döyülüb. Olan informasiyaya görə, təxminən on nəfər maskalı tərəfindən döyülən müxalifətçi xəstəxanaya çatdırılıb və həmin gecə ona hərəkatın lideri Nino Burcanadze baş çəkib. Burcanadzenin jurnalistlərə bildirdiyinə görə, "partiyanın fəallarına siyasi təzyiq və terror davam edir və bu hücum da buna sübutdur". Onun sözlərinə görə, Xadolişvilini maskalı şəxslər amansızcasına döyüb və daha sonra "ağıllanmasa", uşağını da öldürəcəkləri barədə hədələyiblər.

Həkimlərin sözlərinə görə, zərərçəkənin durumu sabitdir. Partiyanın məlumatına görə, polis baş verən hadisə ilə bağlı hələ heç bir tədqiqat tədbirlərinə başlamayıb.

Gecə həmçinin Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin idarələrindən birinin rəisi David Okitaşvili də döyülüb. O, baş və bədən nahiyəsində ciddi zədələrlə xəstəxanaya çatdırlıb. Respublika Xəstəxanasının növbətçi həkimi Tea Kvezerelinin sözlərinə görə, zərərçəkənin baş nahiyəsində açıq yara var və yaranın yaranmasına səbəb, ağır alətlə vurulan zərbə olub ki, bunun da nəticəsində o, beyin silkələnməsi və diz nahiyəsindən zədə alıb. Onun durumu sabitdir. Okitaşvili qısamüddətli müşahidədən sonra evə buraxılacaq.

İlkin məlumata görə, Okitaşvili maşınına oturarkən iki nəfərin hücumuna məruz qalıb. Onlardan biri onun başına ağır alətlə zərbə vurub. Hücumun qarət məqsədilə edilməsi istisna olunmur.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti