...

9 aprel aksiyasının təşkilatçıları dünya ölkələrini Gürcüstanın daxili işlərinə müdaxilə etməməyə çağırırlar

Siyasət Materials 7 Aprel 2009 18:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 aprel / Trend , müxbir N.Kirtsxaliya / 

9 aprel aksiyasının təşkilatçıları olan müxalifət partiyaları dünya ölkələrini Gürcüstanın daxili siyasi problemlərinə müdaxilə etməməyə çağırırlar. Bu barədə diplomatik korpus nümayəndələri ilə görüşdən sonra müxalifət lidelərindən olan Levon Qaçeçiladze deyib.

Onun sözlərinə əsasən, Gürcüstanın daxili siyasi problemləri gürcü xalqı ilə birgə həll olunmalıdır və 9 aprel aksiyası dinc aksiya olmaqla konstitusiya çərçivəsində keçəcək. O, qeyd edib ki, müxalifət liderləri tərəfindən istənilən təxribatın qarşısı yerindəcə alınacaq.

Aprelin 9-da Gürcüstanın təqribən bütün müxalifət partiyaları Prezident Mixail Saakaşvilinin istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi ilə etiraz aksiyalarına başlayacaqlar. Tbilisi və ölkənin regionlarında etiraz qərargahları yaradılıb. Müxalifətin proqnozuna əsasən, saat 14:00-da Tbilisinin bir neçə hissəsində eyni vaxtda başlanacaq etiraz aksiyasında 150 minə yaxın insan iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti