İranın xarici işlər naziri Mənuçöhr Müttəki Pakistan Beynəlxalq Konfransında iştirak etmək üçün Yaponiyaya səfər edib. Bu barədə İRNA agentliyi məlumat yayıb.
Pakistan Beynəlxalq Konfransı Yaponiyanın ev sahibliyi ilə aprelin 17-də keçiriləcək. Konfrans iki hissədən ibarət olacaq - Pakistanın dostları konfransı və Pakistana iqtisadi yardım edənlərin konfransı.
Konfransda dünyanın 30 ölkəsindən nümayəndələr iştirak edəcək.
Müttəki konfrans çərçivəsində Yaponiya-İran parlamentlərarası dostluq qurupunun sədri ilə görüş keçirəcək.